Azərbaycan gimnastları Avropa çempionatına yola düşüblər
14 noyabr 2023 964
Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.
Yarışda ölkəni Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova təmsil edəcəklər.
Gimnastlar artıq qardaş ölkəyə yola düşüblər.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 17-dən 19-dək təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı