Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
20 aprel 2024 964
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
İdmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnirə aprelin 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı