Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb
03 fevral 2024 653
Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.
Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, ötən gün mübarizə aparan Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kiloqram) yarışı medalsız başa vurublar. Fevralın 4-dək davam edəcək “Böyük dəbilqə” turnirində Azərbaycan 11 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı