Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
27 yanvar 2024 1342
Azərbaycanın cüdo millisi Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri turnirinin ilk gününü 3 medalla başa vurub.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medal uğrunda görüşdə qalib gəlib. 66 kiloqram çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, fəxri kürsünün ikinci pilləsində yer alıb. Kamran Süleymanov isə bürünc mükafatçı olub.
Yığmanın digər üzvləri Balabəy Ağayev (60 kiloqram), Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kiloqram) turniri medalsız başa vurublar.
Qeyd edək ki, Qran-priyə yanvarın 28-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı