Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb
09 oktyabr 2023 1103
Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb. 57 kq çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.
Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı