Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb
04 aprel 2024 1120
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. 60 kiloqram çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.
M.Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı