Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayır
16 yanvar 2024 755
Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (81 kiloqram) böyüklərin yarışında mübarizə aparacaq.
Banuçiçək Nəsirli (46 kiloqram) yeniyetmələr, Aynur Mikayılova (54 kiloqram) və Emili Rzayeva (63 kiloqram) isə gənclər arasında qüvvəsini sınayacaq.
Yarışda Azərbaycanı Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı