Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər
01 mart 2025 660
Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.
Boks Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.
Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.
“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı