Azərbaycan birinciliyində final döyüşləri yeniliklərlə keçirilir
14 mart 2022 1182
Martın 8-də yeniyetmə boksçular arasında start götürən ölkə birinciliyinə bu gün yekun vurulacaq. Boks Mərkəzində təşkil olunan yarış Azərbaycan himni ilə başlayıb. Final döyüşləri, həmçinin yeniliklərlə – təqdimetmə və xüsusi işıq effektləri ilə keçirilir.
Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 oğlan boksçusunun qatıldığı birinciliyin həlledici döyüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyir.
Əmək və əhalinin sosial müdafiəsi naziri “üçlük”də yer alan boksçularımızın mükafatlandırma mərasimində də iştirak edəcək.
Birinciliyin sonuncu günündə 14 çəki dərəcəsində final görüşləri baş tutacaq. Həlledici görüşlərdən sonra qaliblər və mükafatçılara medal, həmçinin diplom veriləcək. Yekunda birinciliyin ən yaxşıları nominasiyasında fərqlənənlər də fəxri kürsüyə dəvət ediləcək.
Qeyd edək ki, medal qazanan boksçular yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı





