Azərbaycan birinciliyi başa çatıb
14 mart 2022 1484
Martın 8-də yeniyetmə boksçular arasında start götürən Azərbaycan birinciliyi başa çatıb. Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 63 komandanın 327 boksçusu gücünü yoxlayıb. 7 gün davam edən birincilikdə bu gün final döyüşləri keçirilib.
Boks Mərkəzində həlledici görüşlər Azərbaycan himni ilə başlayıb. Final qarşılaşmalarını Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. Əmək və əhalinin sosial müdafiəsi naziri 57 kq çəki dərəcəsində ilk 3 yerin sahibini, birinciliyin ən yaxşı boksçusu Məhəmmədəli Qasımzadəni və yarışın ən yaxşı məşqçisi Nurlan Məmmədovu (Lənkəran) mükafatlandırıb.
Yeniliklərlə – təqdimetmə və xüsusi işıq effektləri ilə təşkil olunan həlledici döyüşlərdə qalib gələn Bilal Nəzərov, Faiq Mollayev, Vaqif Hacıyev, Tağı Nəsibov, İbrahim Zeynalov, Ömər Aslanlı, Məhəmmədəli Qasımzadə, Murad Seyidli, Məhəmməd Quliyev, Ziya Həsənov, Ayxan Əliyev, Özcan Rəsulzadə, İlfan Xəlilli və Bayram Əhədov çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 85 xalla birinci yeri tutub. İkinci pilləyə “Neftçi” İK (24 xal) halda, “üçlüy”ü “Qızıl Əlcək” İK (16 xal) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Qasımzadə, ən texnikalı idmançı adına Tağı Nəsirov layiq görülüb. Ceyhun Əbiyev ən yaxşı hakim, Nurlan Məmmədov (Lənkəran) isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Azərbaycan birinciliyi
VII günün nəticələri
Finallar
44 kq
Bilal Nəzərov (Astara) – Fərid İsmayılzadə (“Təhsil” RİM) – 4:1
46 kq
Faiq Mollayev (“Təhsil” RİM) – Sübhan Məmmədov (Ağcabədi) – 4:1
48 kq
Vaqif Hacıyev (“Təhsil” RİM) – Rauf Məmmədov (Gəncə) – 4:1
50 kq
Şahin Babayev (Göygöl) – Tağı Nəsibov (“Sərhədçi” OİM) – 0:5
52 kq
İbrahim Zeynalov (“Təhsil” RİM) – Ənəs Ağayev (“Təhsil” RİM) – 3:2
54 kq
Ömər Aslanlı (“Təhsil” RİM) – Tofiq Zairov (“Təhsil” RİM) – 5:0
57 kq
Mirhəsən İbrahimov (“Zabit” İK) – Məhəmmədəli Qasımzadə (Lənkəran) – 0:5
60 kq
Murad Seyidli (ROİL) – Uğur Tağıyev (Sabirabad) – 4:1
63 kq
Məhəmməd Quliyev (“Təhsil” RİM) – Mirələm Məcidli (Masallı) – birinci tam üstünlüklə qalib
66 kq
İbrahim Nəcəfov (ROİL) – Ziya Həsənov (“Təhsil” RİM) – 1:4
70 kq
Təyyar Allahverdiyev (“Təhsil” RİM) – Ayxan Əliyev (“Neftçi” İK) – 1:4
75 kq
Xətai Nemətli (“Qızıl Əlcək” İK) – Özcan Rəsulzadə (“Təhsil” RİM) – 0:5
80 kq
Rza Novruzov (Siyəzən) – İlfan Xəlilli (Tərtər) – 2:3
+80 kq
Həsən Sadıqzadə (DİN İC) – Bayram Əhədov (Olimp-18) – 0:5
Bütün mükafatçılar
44 kq
1. Bilal Nəzərov (Astara)
2. Fərid İsmayılzadə (“Təhsil” RİM)
3. Pərviz Aram (“Təhsil” RİM)
3. Rəhim Rəhimli (“Qara Papaq” İK)
46 kq
1. Faiq Mollayev (“Təhsil” RİM)
2. Sübhan Məmmədov (Ağcabədi)
3. Fərid Usubov (Hacıqabul)
3. Dövran Qafarov (Qəbələ)
48 kq
1. Vaqif Hacıyev (“Təhsil” RİM)
2. Rauf Məmmədov (Gəncə)
3. Əlizadə Şahbazlı (“Təhsil” RİM)
3. Ramal Yolçuyev (Qəbələ)
50 kq
1. Tağı Nəsibov (“Sərhədçi” OİM)
2. Şahin Babayev (Göygöl)
3. Nicat Abdullayev (“Təhsil” RİM)
3. Əli Xudaverdiyev (MOİK)
52 kq
1. İbrahim Zeynalov (“Təhsil” RİM)
2. Ənəs Ağayev (“Təhsil” RİM)
3. Elbrus Kərimli (Naxçıvan MR)
3. Rüstəm Xəlilov (“Naxçıvan” K)
54 kq
1. Ömər Aslanlı (“Təhsil” RİM)
2. Tofiq Zairov (“Təhsil” RİM)
3. Həsən Tağızadə (“Qızıl əlcək” İK)
3. Yusif Məmmədli (UGM-7)
57 kq
1. Məhəmmədəli Qasımzadə (Lənkəran)
2. Mirhəsən İbrahimov (“Zabit” İK)
3. Ayxan Zeynalov (Mingəçevir)
3. Eltun Məmmədli (“Təhsil” RİM)
60 kq
1. Murad Seyidli (ROİL)
2. Uğur Tağıyev (Sabirabad)
3. Tərlan Əhmədov (“Neftçi” İK)
3. Əli İsayev (“Neftçi”)
63 kq
1. Məhəmməd Quliyev (“Təhsil” RİM)
2. Mirələm Məcidli (Masallı)
3. Həmid Hümbətov (UGM-7)
3. Murad Nuruzadə (UGM-13)
66 kq
1. Ziya Həsənov (“Təhsil” RİM)
2. İbrahim Nəcəfov (ROİL)
3. Rüstəm Nemətov (“Kür” İK)
3. Rəvan Məmmədli (Biləsuvar)
70 kq
1. Ayxan Əliyev (“Neftçi” İK)
2. Təyyar Allahverdiyev (“Təhsil” RİM)
3. Elsun Mayılov (Biləsuvar)
3. Ədalət Bayramlı (Z-1 İK)
75 kq
1. Özcan Rəsulzadə (“Təhsil” RİM)
2. Xətai Nemətli (“Qızıl Əlcək” İK)
3. Şahin Dadaşov (UGM-13)
3. Fərid Sadıqov (“Neftçi” İK)
80 kq
1. İlfan Xəlilli (Tərtər)
2. Rza Novruzov (Siyəzən)
3. Elgün Nəsirov (Lənkəran)
3. Kənan Allahverdiyev (Naxçıvan MR)
+80 kq
1. Bayram Əhədov (Olimp-18)
2. Həsən Sadıqzadə (DİN İC)
3. İlkin Məmmədli (“Neftçi” İK)
3. Hüseyn Hüseynov (MOİK)
Bənzər xəbərlər
"Mingəçevir Reqatası-2024" Qarabağda, ilk dəfə Füzulidə keçiriləcək
16-18 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan ... Ətraflı
“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər
Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən ... Ətraflı