Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb
29 aprel 2023 1031
29 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 28-ci, sonuncu turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub. Günün ilk oyununda "Sabah" və "Olimpik Şəki" komandaları üz-üzə gəliblər. Bu oyunda "Sabah" basketbolçuları 105-80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-off 'da "AAAF Xırdalan" ilə qarşılaşacaqlar. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Kalin Kreyn - 17 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Endryu Uitset - 29 xal, 8 ribaund ) Günün ikinci oyunu "NTD" və "Neftçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 101-89 hesablı qələbə qazanan "NTD", pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq "Gəncə" komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Zek Hadson - 20 xal, 10 ribaund ), "Neftçi İK" ( Mohsen Moradxani - 24 xal, 13 ribaund )
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı

