Azərbaycan Basketbol Liqasında 15-ci tura start verildi
25 yanvar 2023 1202
24 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, "Sərhədçi BK" və "NTD BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun açılış oyunu baş tutdu. Bərabər mübarizə şəraitində gedən oyunun sonunda "NTD BK" basketbolçuları parketdən 79-78 hesablı çətin qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Sərhədçi BK" ( Endar Poladxanlı - 20 xal, 4 ribaund ), "NTD BK" ( Londel Kinq - 27 xal, 23 ribaund )
Qeyd edək ki, 15-ci turun digər oyunları ("Sabah BK" - "Zirvə Astara BK", "AAAF Xırdalan BK - "Neftçi İK", "Gəncə BK" - "Olimpik Şəki BK") 28 və 29 yanvar tarixlərində keçiriləcək
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

