Azərbaycan avarçəkmə üzrə Dünya kuboku səviyyəsində yarışa ev sahibliyi edə bilər
27 aprel 2026 - 15:40 182
Hər il iştirakçı sayında dəyişiklik olur, müəyyən yeniliklər edilir. Bu il yarışda Çexiya, İsveç və Rumıniya kimi yeni ölkələr var.
Bu sözləri Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu gün Ağdərədə Sərsəng su anbarında start götürən “Prezident Kuboku 2026” beynəlxalq reqatası zamanı mətbuat konfransında deyib.
Federasiya rəsmisi hər il yarışın coğrafiyasının dəyişdiyini bildirib: “Gələcəkdə burada Dünya kuboku səviyyəsində yarışlar keçirilə bilər”.
O, Azərbaycan idmançılarının potensialından da söz açıb. F.Əliyev bildirib ki, yerli avarçəkənlərin səviyyəsi ildən-ilə artır, nəticələri isə yaxşılaşır.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı