Xəbərlər

Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib

22 dekabr 2021 1155

Dekabrın 22-də Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Azərbaycan Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib. Qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insan sağlamlığının təmin edilməsində xüsusi rol oynayır. Federasiya prezidenti bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.