Azərbaycan Atletika Federasiyası istedadlar axtarışını davam etdirir
21 aprel 2022 1067
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyası İstedadlı atletlərin təyin olunması layihəsi çərçivəsində ikinci rayonda tədbir keçirib. Bu dəfə Şamaxı şəhəri 2 saylı orta məktəbdə atletika üzrə 3 müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçirilib. 50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə 3 növün cəminə görə 10 qız və 10 oğlan həmçinin, hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılib. Layihə çərçivəsində xüsusi ekspert qrupunun daha 3 müxtəlif rayona səfəri planlaşdırılıb. Yarışlardan əldə olunan nəticələrə əsaslanan ekspert qrupunun üzvləri uşaqların atletikaya olan marağını yüksək qiymətləndirir.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı
.jpeg)
.jpeg)

.jpeg)




