Azərbaycan atıcısı II MDB Oyunlarında qızıl medal qazanıb
09 avqust 2023 1190
Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında azərbaycanlı atıcı Leyli Əliyeva qızıl medal qazanıb.
Leyli Əliyeva pnevmatik tapançadan 10 metr məsafəyə atəş növündə Ermənistan və Rusiya idmançıları ilə mübarizədə üstünlük əldə edərək qızıl medala sahib olub.
Məlumat üçün bildirək ki, atıcımız Leyli Əliyeva iyul ayında Koreyanın Çanqvon şəhərində keçirilən Gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı
