Azər Əliyev: “Azərbaycan istənilən idman yarışlarının keçirilməsində ən etibarlı ölkələrdən biridir”
02 noyabr 2022 1921
![](/news/1667377197.WhatsApp Image 2022-11-02 at 12.16.09 PM.jpeg)
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MOK-un 30 illik yubileyi münasibəti ilə öz təəssüratlarını eksklüziv olaraq “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. Baş katib bu müddət ərzində qurumun gördüyü işlərdən və qazanılan uğurlardan söz açıb: “Azərbaycan Milli Olimpiya Komitəsi 30 il ərzində böyük uğurlar əldə edib. Ölkəmizdə bu müddət ərzində bir sıra mötəbər yarışlar təşkil olunub. Bu gün iştirak etdiyimiz beynəlxalq tədbirlərdə Azərbaycan idmanı haqqında yüksək fikirlər eşidirik. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyasının nümayəndələri ilə ayrı-ayrı tədbirlərdə iştirak edirik. Onlar bizə bildirirlər ki, Azərbaycan istənilən idman yarışlarının keçirilməsində ən etibarlı ölkələrdən biridir. Həmçinin digər ölkələrin idman qurumlarının nümayəndələri bizə yaxınlaşaraq əldə etdiyimiz nailiyyətlər barədə öz fikirlərini qeyd edirlər. Doğrudan da Azərbaycanın güclü udmançıları var. Atletlərimiz iştirak etdikləri mötəbər idman tədbirlərində ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan idman ölkəsi kimi beynəlxalq miqyasda böyük nüfuza malikdir. Hesab edirəm ki, MOK-un bu uğurları qarşıdakı illərdə də davam edəcək, idmançılarımız Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda onlara bəslənilən ümidləri doğruldacaqlar”.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı