Avropa Olimpiya Təsnifat turniri: İslam Abbasov məğlub olub
05 aprel 2024 1185
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
87 kq çəki dərəcəsində çıxış edən idmançı Danimarkadan olan Turpal Bisultanovla üz-üzə gəlib.
Qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılan Abbasov mübarizəni dayandırıb. Daha əvvəl Beka Kandelaki (130 kq) ilk görüşdə qələbə qazanıb.
Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı