Avropa Liqası: “Qarabağ” yenidən “Bayer”ə rəqib oldu
23 fevral 2024 1089
UEFA Avropa Liqasının 1\8 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərindətəşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası 1/8 finalda Almaniyanın “Bayer” komandasına rəqib olub.
Ağdam təmsilçisi ilk oyununu martın 7-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə martın 14-də Almaniyada olacaq.
Avropa Liqası, 1/8 final
"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)
"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)
"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı