Avropa çempionumuz Skopye-2025-in yarımfinalında
22 iyul 2025 - 16:35 450
Skopye-2025-də iştirak edən daha bir cüdoçumuz festivala qələbə ilə başlayıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Avropa çempionumuz Rəsul Əlizadə 1/4 finalda Tomas Hidoni ilə qarşılaşıb. -55 kq çəki dərəcəsində yarışan idmançımız ipponla qələbə qazanaraq adını yarımfinala yazdırıb.