Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub
16 fevral 2024 1201
Millimiz qitə birinciliyində 10 çəkidən cəmi 5-ində təmsil olunmasına baxmayaraq, uğurlu çıxış edib. Beləki iki qızıl və bir bürünc medal əldə edən yığmamız 83 xalla komanda hesabında dördüncü yeri tutub. Millimiz yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalıb.
Baş məşçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Buxarestə yollanan kollektiv Avropa çempionatlarında medalların əyarına görə son on illin, xallara görə son altı illin, komanda sıralamasına görə isə son beş illin ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, qitə birinciliyində Mariya Stadnik (50) və Alyona Kolesnik (59) qızıl, Elis Manolova (65) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı