Avropa çempionatı: Gimnastımız Zöhrə Ağamirova çoxnövçülük yarışlarında ikinci pillədə yer alıb
20 may 2023 752
Bədii gimnastımız Zöhrə Ağamirova Bakıda təşkil olunan Avropa çempionatında çoxnövçülük yarışlarında çıxışını başa vurub.
B qrupunda çıxış edən Z.Ağamirova dörd alət ilə proqramını təqdim edib. Gimnastımızın lentlə çıxışı 29,800, halqa ilə 29,650, topla 32,300 və gürzlərlə 31,650 xalla qiymətləndirilib. Təmsilçimiz, ümumilikdə, 122,400 xal toplayıb. Hazırda təmsilçimiz ümumi sıralamada ikinci pillədə yer alıb.
Çoxnövçülük yarışlarına ukraynalı Polina Karika başçılıq edir. Onun hesabında 123,800 xal var.
Saat 15:55-də A qrupunda çoxnövçülük yarışlarına start veriləcək.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı