Avropa birinciliyi: İki boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
24 avqust 2023 239
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimizin 2 idmançısı finala yüksəlib.
Şahin Aslanov (52 kiloqram) gürcüstanlı Sandro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.
Səftər Məmmədzadə (90 kiloqram) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.
Digər boksçularımızdan Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) Avropa birinciliyini bürünc medalla bitirib. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko (Ukrayna) ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar.
Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı