Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb
26 avqust 2022 784
![](/news/1661757189.WhatsApp Image 2022-08-26 at 22.41.53.jpeg)
İdmançıları salamlayan nazir il ərzində uğurlu çıxışları ilə fərqlənən idmançılarla görüşlərin ənənə halını aldığını qeyd edib. Fərid Qayıbov 20 yaşadək güləşçilərimizi və MMA idmançısı Tofiq Musayevi bu günlərdə qazandıqları qələbələr münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.
Gənc güləşçilər, eləcə də məşqçi Namiq Abdullayev, MMA döyüşçüsü Tofiq Musayev və digərləri çıxış edərək onlara göstərilən diqqətə görə təşəkkür ediblər.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman Şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Bənzər xəbərlər
![](/news/1722073158.IMG_2864.jpeg)
Paris-2024: Bu gün beş idmançımız mübarizəyə başlayacaq
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. ... Ətraflı
![](/news/1722073242.IMG_2865.jpeg)
Paris-2024: Avarçəkənimiz 1/4 finala vəsiqə qazandı
Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə ... Ətraflı