Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub
24 yanvar 2023 844
Final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
Oyunların təqvimi (C qrupu)
(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):
18 avqust
23:00 Azərbaycan - Çexiya
19 avqust
23:00 Azərbaycan - Almaniya
20 avqust
23:00 Türkiyə - Azərbaycan
22 avqust
20:00 Azərbaycan - Yunanıstan
23 avqust
20:00 İsveç - Azərbaycan
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı