Atletika Federasiyası bölgələrdə istedadlı atletlərin təyin olunması layihəsinə start verdi
20 aprel 2022 1102
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyası İstedadlı atletlərin təyin olunması layihəsinə start veriib. Layihə çərçivəsində xüsusi ekspert qrupunun 5 müxtəlif rayona səfəri planlaşdırılıb. İsmayıllı rayon 3 nömrəli məktəb-litseydə atletika üzrə 3 müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçirilib. 50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə 3 növün cəminə görə 10 qız və 10 oğlan həmçinin, hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılib. Daha sonra ekspert qrupunun üzvləri İsmayıllı rayon Olimpiya İdman Kompleksini ziyarət edərək rayonda atletika idman növü ilə məşğul olan uşaqların məşq prosesi ilə yaxından tanış olub. İkinci səfər Şamaxı rayonuna planlaşdırlır.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)

