Anna Başta Avropa çempionudur
19 iyun 2022 1094
Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

.jpeg)

