AMADA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans başa çatıb
16 dekabr 2024 949
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfrans başa çatıb.
Dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), Beynəlxalq Test Agentliyinin (ITA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və mütəxəssislərin iştirakı ilə reallaşan tədbir açılış mərasimindən sonra sessiyalar üzrə davam edib.
Konfransda “Paris-2024” Yay Olimpiya Oyunlarının yekunlarına nəzər salınıb, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, nəzarət prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunub.
Sonda sual-cavab sessiyası baş tutub. Bununla da 2024-cü ildə üçüncü dəfə beynəlxalq konfrans təşkil edən AMADA ilə yekun vurub.
Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarət olub.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı