AMADA gənc boksçular üçün maarifləndirici seminar təşkil edib
21 iyun 2025 - 15:10 772
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Boks Federasiyasının gənc idmançıları üçün antidopinq üzrə seminar təşkil edib.
AMADA-dan verilən məlumata görə, seminarda iştirakçılara dopinqin insan sağlamlığına vurduğu zərərlər, istifadəsi qadağan edilən maddə və üsulların siyahısı, dopinq nəzarətinin mərhələləri, təmiz idmanın hüquqi və etik çərçivəsi, eləcə də narkotik vasitələrin idman və cəmiyyət üçün yaratdığı risklər haqqında ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Bildirilib ki, belə təşəbbüslər yalnız biliklərin artırılmasına xidmət etmir, həm də idmanda sağlam və məsuliyyətli yanaşmanın təşviqi, etik davranış normalarının möhkəmləndirilməsi və gənc idmançıların düzgün seçim etməsinə dəstək olur.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı