Xəbərlər

AKAF SƏBAİL RAYON 239 SAYLI TAM ORTA MƏKTƏBİNDƏ ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİB

02 mart 2023 346

5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar  idman həftəsi çərçivəsində Səbail rayon 239 saylı tam orta məktəbində avarçəkmə idman növü üzrə “Ustad dərsləri” baş tutub. 2 mart saat 12:00-da başlayan görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.