Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
08 avqust 2023 194
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.
İdmançımız 109 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kiloqram (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəkidə mübarizəyə qoşulan Əli Şükürlü isə toplam 300 kiloqram (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
Qeyd edək ki, avqustun 4-də Belarusda başlayan II MDB Oyunlarında ağır atletika üzrə yarışlar da təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı