AFFA rəsmisi FIFA-nın seminarına qatılıb
20 may 2025 931
AFFA-nın sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva Bruton şəhərində FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində keçirilən seminara qatılıb.
Qurumun mətbuat xidmətinə istinadən, seminar 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda təşkil olunub.
Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Mayın 23-dək davam edəcək seminarda müxtəlif mövzularda fikir mübadiləsi aparılır.
Qeyd edək ki, K.Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı