ADBTİA -nın basketbolçuları "TamGənc" Tələbə Liqasının çempionudur
22 aprel 2023 311
23 aprel ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının final oyunu baş tutub. Final qarşılaşmasını, BP Azərbaycan şirkətinin vitse-prezidenti və Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvü Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Taleh Tahirli birbaşa arenadan izləyiblər. Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) basketbolçuları arasında keçirilən final oyununun əvvəlində "ATU" -nun tələbələri böyük üstünlük əldə etsələr də, onlar bu üstünlüyü sona qədər qoruya bilməyiblər və geri dönüş edən "ADBTİA" -nın basketbolçuları yekunda 82-77 hesablı qələbə qazanaraq, "TamGənc" Tələbə Basketbol Liqasının çempionu olublar. Finalın ən dəyərli basketbolçusu "ADBTİA" -nın üzvü Şirzad Şirzadov seçilib. 3-cü yer uğrunda baş tutmuş oyunda isə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandası üzərində 77-68 hesablı qələbə qazanaraq, liqanın bürünc mükafatlarına yiyələniblər.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı