AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib
06 aprel 2025 678
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb.
Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Çətin keçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb.
AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir.
Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.
Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı