10 Oktyabr 2021-ci il tarixində II Qarabağ müharibəsi Şəhidi Arif Qeybiyevin xatirəsinə hərs olunmuş atletika üzrə I Respublika yarışı keçirilib.
10 oktyabr 2021 1813
Yarışdan bir gün öncə, Azərbaycan Atletika Federasiyasının , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Astara Gənclər və İdman İdarəsinin nümayəndələri Şəhid Arif Qeybiyevin məzarını ziyarət edib.
Yarışın açılış mərasimində, Azərbacan Milli Olimpiya Komitəsinin Vitse Prezidenti, Azərbaycan Atletika Federasiyasının Prezidenti, Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov, Astara rayon İcra Hakimiyyəti başçısının müavini, Firəngiz Sadıxova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və Şəhid Arif Qeybiyevin anası, Rəna Qeybiyeva qonaqları və idmançıları salamlayaraq açılış sözləri ilə çıxış ediblər.
Yarışda yeniyetmə oğlanlar və qızlar 500m məsafəyə qaçışda, böyüklər arasında isə kişilər və qadınlar 1000m məsafəyə qaçışda öz güclərini sınayıblar.
Sonda qalib və mükafatçı olmuş idmançılara Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərabycan Atletika Federasiyası tərəfindən medal, diplom və hədiyyələr veriib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı