Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07 oktyabr 2026 - 21:45 23
"Finalda məğlub olduğuma görə təəssüflənirəm".
Bu sözləri Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının finalından sonra jurnalistlərə müsahibəsində deyib.
-81 kq çəki dərəcəsində gümüş medala sahib olan cüdoçumuz üçqat dünya çempionu olan gürcüstanlı rəqibin ondan daha güclü olduğunu etiraf edib.
"Finalda istədiyim kimi mübarizə apara bilmədim. Təəssüf ki, alınmadı. Etiraf etməliyəm ki, rəqib daha güclü idi. Üçqat dünya çempionu ilə mübarizənin yekununda məğlub oldum. Heç bir bəhanə gətirmək fikrim yoxdur", - deyə Zelim Tçkayev bildirib.
Qeyd edək ki, Zelim Tçkayev ötən il Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Milli ... Ətraflı