Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan və Türkiyə komandalarından qardaşlıq mesajı
20 aprel 2023 201
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib.
Sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər.
İki qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb. Hadisədən sonra milli komanda yarışdan imtina edib. Türkiyə təmsilçiləri sözügedən yarışda qazandıqları medalları məhz Azərbaycana həsr ediblər. Son zamanlar ölkələr arasındakı həmrəylik və qardaşlıq münasibətləri idman sahəsində də özünü qabarıq şəkildə göstərir.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı