Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
18 aprel 2024 1075
Qadın voleybolçuların Yüksək Liqasında finala çıxan ilk komanda məlum olub.
Yarımfinalda "Gəncə" və "Azərreyl" komandaları üz-üzə gəliblər. Görüş paytaxt təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə bitsə də, ilk matçda qazanılan (3:0) qələbə sayəsində "dəmiryolçular" həlledici mərhələyə adlayıb.
Qeyd edək ki, yarımfinalın digər görüşü aprelin 18-də "Murov Az Terminal" və "Abşeron" arasında baş tutacaq. Cütün ilk qarşılaşmasında ikincilər 3:1 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı