Yeniyetmə cüdoçularımız Teplis Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutdu
09 aprel 2023 1165
Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov, -81 kq. çəkidə Aslan Kotsoyev və +90 kq. çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. -81 kq. çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.
-73 kq. çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. -90 kq. çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
