Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən festival çərçivəsində velosiped yarışı
23 noyabr 2023 257
Azərbaycan Velosiped Federasiyası və BrendSport.az saytının təşlkilatçılığı ilə mətbuatın böyük dostu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən festival çərçivəsində Qarabağda şəhid olmuş həmkarlarımızın xatirəsinə həsr edilmiş qazilər və jurnalistlər arasında növbəti velosiped turniri keçirləcək.
Tədbir Yasamal rayonu Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxanın təşkilatı dəstəyi, OBA marketlər şəbəkəsinin baş sponsorluğu, “Velolider” idman mallarının, “Cəngi” İdman Klubu, “Natural Halı Outlet”in xüsusi sponsorluğu, “Scallezioni” italyan brendi, “Sirab”, “Loris parfum”, "Berqa" çay, “My_cake.love” (Aytac Məmmədova) şirniyyat evi, “Berg tea” və “Berg Glucose drink energy”nin sponsorluqları ilə keçirilir.
Yarış 26 noyabr 2023-cü il saat 10:30-da Respublika Velotrekində (metronun “20 Yanvar” stansıyasının yaxınlığı) keçiriləcək.
Yarışda iştirak etmək üçün Vətən müharibəsi qaziləri vəsiqələrini, jurnalsitlər isə xidməti vəsiqələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Yarışın iştirakçıları Azərbaycan Velosiped Federasiyası tərəfindən velosipedlə müvəqqəti olaraq təmin ediləcəkdir.
Bütün iştirakçılara Azərbaycan Velosiped Federasiyası və BrendSport.az saytı tərəfindən təşəkkürnamələr veriləcək.
Qaliblərə isə diplomlar, medallar, kuboklar və sponsorlardan xüsusi hədiyyələr təqdim olunacaq.
Qeydiyyat üçün yalnız vatsap nömrəsi: (070) 286 86 29
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı