Xəbərlər

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurlu start verib

16 avqust 2022 220

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın 2 kikboksçusu - Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala çıxıb. Final görüşləri sabah keçiriləcək.

Həmçinin, Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.