türkiyəli voleybol mütəxəssisi Şahin Çatma bu gün Şirvan şəhərində olub
27 may 2023 370
Azərbaycan Voleybol Federasiyasının (AVF) dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli voleybol mütəxəssisi Şahin Çatma bu gün Şirvan şəhərində olub. Təcrübəli mütəxəssis burada təşkil olunmuş Şirvan və Hacıqabuldan olan 15 yaşadək qızlar arasında yarışı və turnirdən sonra keçirilən məşqləri izləyib.
O, Şirvan Olimpiya Kompleksində baş tutan yarışa və məşqlərə baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb. Şahin Çatma dünən Bakıda və Sumqayıtda məşq edən qızlara da baxış keçirib. Türkiyəli mütəxəssis bütün məşqləri və oyunları analiz etdikdən sonra müvafiq seçimlər edəcək.
Qeyd edək ki, bu yarış AVF-nin perspektivli yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı