Xəbərlər

Tokio-2020 əhalini medalların birlikdə hazırlanmasına dəvət edir

13 fevral 2018 717

Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilarçıları yarış qaliblərinə təqdim ediləcək medalların qismən təkrar emal edilmiş mobil telefonlardan hazırlanacağını elan etdi.

Davamlı inkişafı təbliği, ətraf mühitlə bağlı maarifləndirmə və xərcləri qənaət etmək ümidində olan təşkilatçılar Yaponiya ictinaiyyətinə istifadə edilməyən və ya köhnəlmiş elektron cihazlarını bağışlamağa dəvət edir.

Təşkilatçılar layihənin Tokio-2020-nin öhdəliklərində olan ölkə ictimaiyyətini oyunlarla bağlı aparılan hazırlıq işlərində iştirak etməyə sövq edildiyini vurğulayır. Həmçinin, layihə oyunların planlaşdırılması və icrasının bütün aspektlərində davamlılığın inteqrasiya edilməsini bəyan edən Olimpiya Gündəliyi 2020-nin tövsiyyələrinə cavab verir.

Layihənin ən böyük tərəfdarı onnövçülük üzrə ikiqat Olimpiya çempionu Eşton İtondur (ABŞ). Dünya rekordçusu “Olimpiya medalı ən tələb olunan əşyalardan biridir” deyə qeyd etmişdir. “İdmançılar Olimpiya medalını əldə etmək üçün illərlə çalışırlar. Bir çoxlarının həyat hekayələri bu metal medalların əldə olunması ilə bağlıdır və həmin hekayələr bizləri, milyonlarla insanı, ruhlandırır və birləşdirir. İndi isə Tokio-2020 Medal Lahiyəsi sayəsində idmançıların ruhlandırıcı hekayələri ilə bərabər hər bir medalın öz hekayəsi olacaqdır! Ən yaxşı nəticələrdən biri isə hər bir vətəndaş tarixə, dayanıqlı gələcəyə öz təhfəsini vermək imkanını əldə edir və ən əsası Olimpiya yolunun bir hissəsi olacaqlar.”

Təşkilat komitəsi 40 kq qızıl, 4920 kq gümüş və 2944 kq bürünc ümümilikdə, səkkiz ton metal yığmaq niyyətindədir və istehsalat prosessindən sonra əldə olunacaq 2 ton metaldan 5000 medal hazırlanacaqdır.

Cihazların yığılması üçün Təşkilat Komitəsi Yaponiyanın NTT DOCOMO mobil şirkəti və Yaponiya Ekoloji Sanitariya Mərkəzi ilə əməkdaşlıq edir. Aprel ayından başlayaraq NTT DOCOMO-nun 2400-dən çox dükanlarında və ölkənin dövlət idarələrində cihazların təhvil veirilməsi üçün xüsusi qablar quraşdırılacaqdır. Layihə səkkiz ton metalın yığıldıqda sonra başa çatacaqdır.