FİG-in adı dəyişdi
11 dekabr 2025 - 13:25 443
Beynəlxalq Gimnastika Federasiyası (FİG) ad dəyişikliyi ilə bağlı açıqlama verib.
Olympic.az qurumun mətbuat xidmətinə istinadən təşkilat bundan sonra Dünya Gimnastikası adlanacaq.
"Dünya Gimnastikası missiyamızı aydın və məqsədyönlü şəkildə təmsil edir. Ad idmançılar, məşqçilər, azarkeşlər və tərəfdaşlar üçün əsas rolumuzu əks etdirir. Bu dəyişiklik idmanı yüksəltmək və dünya miqyasında gimnastikaya çıxışı genişləndirmək üçün nəzərdə tutulub. Dünya Gimnastikası daha böyük bir dəyişikliliyin yalnız başlanğıcıdır", - deyə təşkilatın mətbuat xidməti Dünya Gimnastikası prezidenti Morinari Vatanabedən sitat gətirib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı