Taekvondoçumuz Paris-2024-ə türkiyəli idmançı ilə birgə hazıraşır
30 iyul 2024 727
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 58 kq çəki dərəcəsində mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığını davam etdirir.
Hazırlıq prosesində Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen də iştirak edir.
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın Paris-2024-ə daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.
Qeyd edək ki, Qaşım Maqomedov Parisə avqustun 2-də yollanacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı