Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüş keçirib
28 sentyabr 2026 - 19:10 159
29 sentyabr–1 oktyabr tarixlərində keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüb.
Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələn su anbarında təşkil olunacaq tədbir barədə məlumat verilib. Qeyd olunub ki, Füzuli “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələn su anbarında avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunacaq. Eyni zamanda, uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlar keçirildikdən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı

