"Sərhədçi" 17 xallıq fərqdən geri dönüş edərək qələbə qazanıb
23 noyabr 2023 908
23 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 5 -ci turunun açılış oyunu baş tutub. Açılış oyununda çempionatın aşağı sıralarında qərarlaşmış "Sərhədçi" və "Gəncə" komandaları üz-üzə gəliblər. İki əlavə vaxtın yaşandığı gərgin oyunun yekununda, 17 xallıq fərqdən geri dönüşü reallaşdıran "Sərhədçi", 109-108 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Brendon Miller - 30 xal, 9 asist), "Gəncə" (Culs Mur - 33 xal, 16 ribaund)
Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Xırdalan" - "NTD-INDIGO", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 24-26 noyabr tarixləri aralığında baş tutacaq.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı