Şəkidə kros qaçışı üzrə ölkə payız çempionatı keçirilib
22 oktyabr 2023 299
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çemponu olub. 6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı