Şəhid övladları Qafqazın ən böyük Esports arenasında qonaq olub
25 mart 2023 91

Gənclər və İdman Nazirliyi, Azərbaycan Elektron İdman Növləri Federasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şəhid övladları Qafqazın ən böyük Esports arenasında qonaq olub.
Uşaqlara elektron idman növlərinin dünyada və Azərbaycanda inkişafı, eləcə də mötəbər yarışlara hazırlıq barədə məlumat verilib. Sonra şəhid övladları seçimlərinə uyğun olaraq elektron idman oyunlarında özlərini geymer kimi sınayıb.
Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
.jpeg)
MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib
Bu gün MOK-un inzibati binasında Azərbaycanın Olimpiya çempionu, Milli Olimpiya ... Ətraflı

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva ... Ətraflı