Qubada cüdo üzrə master-klas keçirilib
03 sentyabr 2024 1089
Azərbaycan Cüdo Federasiyası (ACF) və Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubada cüdo üzrə master-klas keçirilib.
Master-klas çərçivəsində bu idman növü üzrə milli komandanın üzvləri və ACF-nin prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib.
Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı